Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Kremldən Ermənistanda Roma Statutunun ratifikasiya edilməsinə reaksiya

Kremldən Ermənistanda Roma Statutunun ratifikasiya edilməsinə reaksiya

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu ratifikasiya etməsini ikitərəfli münasibətlər nöqteyi-nəzərindən düzgün olmayan addım hesab etdiyini bildirib.

Birinci 24 TASS-a istinadla xəbər verir ki, o, bunu Ermənistan parlamentinin bu gün Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməsinə münasibət bildirərkən deyib. 

“Biz əvvəldən də ikitərəfli münasibətlər nöqteyi-nəzərindən Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasının düzgünlüyünə şübhə edirdik. Biz hələ də hesab edirik ki, bu, düzgün olmayan qərardır”, – o qeyd edib.

Peskov Ermənistanın Rusiya üçün dost dövlət, tərəfdaş olduğuna da diqqət çəkib.

“Əlbəttə ki, bizi qardaş erməni xalqı ilə çox şey birləşdirir. Və bizi əbədi olaraq birləşdirəcəyinə də şübhə etmirik. Amma eyni zamanda, əlbəttə ki, Ermənistanın hazırkı rəhbərliyinə əlavə suallarımız olacaq”, – deyə Kreml nümayəndəsi bildirib.

Peskov həmçinin bildirib ki, Ermənistanın Roma Statutuna qoşulması Rusiya üçün həll yolu tapmağı tələb edəcək.

“Bizim təmaslarımız daim müxtəlif səviyyələrdə aparılır və qarşıda bu mövzuda ciddi danışıqlarımız var. Biz bu məsələdə hansısa diplomatik həll yolunu axtarmalıyıq”, – Peskov vəziyyəti şərh edərkən deyib.

O əlavə edib ki, məsələnin hüquqi nüanslarını anlamaq lazımdır və həmçinin xatırladıb ki, Rusiya Prezident Vladimir Putinin və Prezidentin Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın həbsinə dair orderi tamamilə qanunsuz və əhəmiyyətsiz hesab edir.

“Anlamaq lazımdır ki, Ermənistanda bəzi aktlar beynəlxalq hüquqdan üstün ola bilər, çünki indi Ermənistan üçün beynəlxalq hüquqi vəziyyət belədir, yoxsa onlar istisnalar üçün xüsusi şərtlər verə bilməzlər”, – Peskov bildirib.

Qeyd edək ki, BCM Rusiya Prezidenti Vladimir Putin və Prezidentin Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın ukraynalı uşaqların qanunsuz deportasiyası ittihamı ilə həbsinə order verib.

Moskva isə bu cür ittihamları rədd edir, hətta məsələnin qoyuluşunu belə qərəzli adlandırır. Həmçinin, Rusiya BCM-nin yurisdiksiyasını tanımır.

Editor

Related Posts