Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı

27 sentyabr – Anım Günündə ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikada da saat 12:00-da canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb.

Əzəli və əbədi Qarabağımızın azad olunması üçün iki il bundan öncə başlanan haqq savaşında minlərlə qorxmaz igid cəbhəyə üz tutdu. 44 günlük Zəfər dastanı yazan Vətən oğulları misli görünməmiş qəhrəmanlıq sərgiləyib dünya hərb tarixinə keçən cəsarət nümayiş etdirdilər. 30 il erməni tapdağında qalan torpaqlarımızı azad edib, xalqa qələbə müjdəsini yaşatdılar.

Azərbaycana Şanlı Zəfəri qazandıran, ərazi bütövlüyümüz naminə canlarından keçən əbədiyaşar qəhrəmanlarımızı böyük sevgi və minnətdarlıqla anırıq.

Allah rəhmət eləsin!

admin

Related Posts