Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakıda köhnə binalardan mənzil alanların sayı artıb

Kirayə mənzil bazarında bahalaşmanın həddindən artıq olması şəhərin mərkəzində bir və iki otaqlı mənzillərə marağı artırıb.

Mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyib ki, xüsusən də Bakının mərkəzindən kənarda olanlar 4-5 otaqlı evlərini satıb şəhərin mərkəzində köhnə tikli olan 3 və 5 mərtəbəli binalaradan ev alamağa üstünlük verirlər.

Köhnə binalardan ev almaq istəyənlər təxminən 10-15 faiz artıb.

Onun sözlərinə görə, köhnə tikili bir və iki otaqlı evlər ən çox Nəsimi, Səbail və Nərimanov rayonu ərazisində satılır.

Rieltor Həşim Qədirov da deyb ki, bu günlərdə kirayə mənzillərə tələb çox, təkilif isə az olduğu üçün bəzi iş adamları köhnə mənzilləri alıb kirayə bazarına çıxarırlar.

Köhnə tikli binalardakı mənzillərə marağın çox olması qiymətlərə də təsir edib.

Ekspert hesab edir ki, həmin binaların bir çoxunun istisimar müddətinin başa çatması və gələcəkdə pilot layihə çərçivəsində yerində yeni binaların tiklilməsini də nəzərə alsaq, yaxın aylarda köhnə tikli evlərin qiymətində enmə müşahidə edilməyəcək.

admin

Related Posts