Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

AXCP fəalının həbs edildiyi deyilir

AXCP fəalının həbs edildiyi deyilir

Bakının Xətai rayon Məhkəməsi hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Orxan Baxışın 20 sutka inzibati həbsə məhkum edib.

Birinci 24 “Turan”a istinadən xəbər verir ki, Orxan Baxışlı İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

Bu barədə Məhkəmə Hüquq Şurasının elektron məhkəmə saytında məlumat yayılıb.

AXCP-nin məlumataına görə, AXCP Gənclər Komitəsinin məclis üzvü Orxan Baxış oktyabrın 16-da Bakının Xətai rayonu ərazisində mülki şəxslər tərəfindən saxlanılıb.

AXCP sədri Əli Kərimli Feysbuk səhifəsində bildirib ki, son bir neçə gündə 5 AXCP fəalı həbs edilib.

Editor

Related Posts