Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Dövlət kimi tanınmalı, paytaxtı da bu şəhər olmalıdır” – Hakan Fidan

“Dövlət kimi tanınmalı, paytaxtı da bu şəhər olmalıdır” – Hakan Fidan

İsrail-HƏMAS savaşının miqyası genişlənə bilər.

Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Bu münaqişə daha böyük müharibələrə qapı açmaqdansa, sülhə yol açmalıdır, bunun üçün çalışmalıyıq. Bu savaşdan daha böyük savaş çıxa biləcəyi kimi, tarixi sülh də çıxa bilər. Prezidentimiz hesab edir ki, tarixi sülh mümkündür.

Dünyanın 1967-ci il sərhədinə əsaslanan, paytaxtı Qüds olmaqla Fələstin dövlətinin yaradılması istiqamətində addımlar atmasının vaxtı çatıb. Fələstin dövlətinin yaradılması təxirə salındıqca sülh gəlməyəcək və son hadisələr buna sübutdur.

Bu nöqtədə atılacaq addımlara dair qərar vermək üçün müəyyən görüşlərin və toplantıların keçirilməsi qərara alınıb. Sabah İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin toplantısı olacaq.

Müharibənin region ölkələrində, xüsusilə Livan, Misir və İordaniyada sabitliyin pozulmasına gətirib çıxaracaq şəkildə inkişafının qarşısını almaq üçün əlimizdən gələni edirik”, – nazir bildirib.

Editor

Related Posts