Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Rəhman Hümmətov: “Naxçıvana uçmaq üçün bilet tapılmaya bilməz”

Rəhman Hümmətov: “Naxçıvana uçmaq üçün bilet tapılmaya bilməz”

Naxçıvana uçmaq üçün biletin olmaması və yaxud tapılmaması kimi bir problem ola bilməz.

Birinci 24 xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

“Bu gün tələbdən asılı olmayaraq Naxçıvana uçan təyyarələrin sayı 4-dür, bəzi hallarda 14-ə qaldırılır. İnsanlar əvvəlki illərin mənfi təcrübəsinə arxalanırlar. Biz onlayn şəkildə bilet əldə etməyə çağırsaq da, onlar müəyyən vasitəçilərlə bilet axtarmağa çalışır və bu zaman tapır. Amma hər gün növbəti 10 gün üçün Naxçıvana biletlər var. İnsanlar isə hava limanına gedir və yerində bilet tələb edirlər. Bizim xahişimiz odur ki, bir-iki gün öncədən səfəri planlaşdırıb bileti əldə etsinlər”, – deyə o qeyd edib.

admin

Related Posts