Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Hadisə səhnədə anasından danışıb, ağladı

Hadisə səhnədə anasından danışıb, ağladı

Türkiyənin pop ulduzu Hadisə Bursadakı konserti zamanı səhnədə göz yaşlarına boğulub.

Birinci 24 xəbər verir ki, hit mahnılarını ard-arda oxuyan sənətçi anası Gülnihal ilə bağlı etirafı ilə diqqət çəkib.

Hadisə “Həyatımda nə etdimsə, ilk olaraq anam üçün etdim. Əvvəl o, sonra mən” deyərək ağlayıb.

Qeyd edək ki, müğənninin anası Gülnihal 2018-ci ildə intihara cəhd etdikdən sonra Hadisə ilə böyük bacısı və meneceri Hülya Açıqgöz mübahisə edərək işbirliklərinə son qoyublar. Bacıların qalmaqalı hətta məhkəməyə kimi gedib çıxıb.
Hadisənin modelyerlik edən kiçik bacısı Dərya karyerasını ikinci plana keçirərək anası ilə Belçikaya köçüb. Bundan sonra Türkiyə mətbuatı bacılar arasında yeni qalmaqal yaşandığını, ailənin Hülyadan üz döndərdiyini yazıb.

admin

Related Posts