Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bergüzar Koreli belə lağa qoydu

Bergüzar Koreli belə lağa qoydu

Türkiyəli aktyor Sergen Deveci həmkarı Bergüzar Korelin tənqidlə qarşılanan açıqlamasının ardından onu lağa qoyub.

Birinci 24 xəbər verir ki, aktyor bu barədə sosial media hesabında paylaşıb.

“Bunu yayımlamaqda məqsədim odur ki, insanlar biz aktyorların həyatının gül-gülüstanlıq olduğunu düşünməsinlər. Saat 3-ün yarısıdır və 7-dən çəkilişdəyik. Səhər 6-nın yarısı məni götürmək üçün maşın gəlir. Arxada yeməyim üçün hisə verilmiş hinduşka qoyulur. Mən ömrümdə bunu yeməmişəm və bunu heç məndən soruşan da yoxdur. Bilmirəm bu serialları izləyirsiniz, ya yox, amma sizə and içə bilərəm ki, üzərimdəki bu gün dəyişdiyim 4-cü kostyumumdur. Rolumu ifa edirəm, birdən rejissor “kəsdik” deyir. Baxıram, “əla idi” söyləyir və təkrar çəkəcəyimizi əlavə edir. Burada süd olmadığı üçün kənardan sifariş verirəm. Nə vaxt maşınım gələcək onu belə bilmirəm. İndi karavandayam və təkəm. Kondisioner də açıqdır. Həyatım boyunca istifadə etməmişəm, xəstə olmaq riskim var” deyə, Sergen ironiya ilə fikirlərini çatdırıb.

Qeyd edək ki, 2009-cu ildə həmkarı Halit Ergençlə evlənən Bergüzarın 3 övladı var. O, 7 ildən sonra ekranlara qayıdan aktrisa hazırda “Düğün” serialında rol alır. O, bir müddət əvvəl peşəsinin çətinliyindən şikayətləndiyi paylaşım etmişdi ki, bu da izləyicilərin tənqidlərinə tuş gəlməsi ilə nəticələndi.

admin

Related Posts