Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Röya: “Xəyanəti bağışlayaram, kişi xeylağıdı da”

Röya: “Xəyanəti bağışlayaram, kişi xeylağıdı da”

Ötən gün Atv kanalında yayımlanan “Rəngarəng” verilişində qonaq olan Xalq artisti Röya Ayxan kişi xəyanətini normal baxdığını etiraf edib.

Birinci 24 xəbər verir ki, sənətçi aparıcının “Xəyanəti bağışlayarsınızmı” sualına belə cavab verib:

“Bağışlayaram, kişi xeylağıdı də. Amma situasiyalar başqadır, başqasının da həyatına girə bilmərik. O hisslərdən danışmıram. Ümumiyyətlə, harasa gediblər, yeyib-içiblər, səhər evə gələndə buna görə niyə davam edirəm? Gəzsin, dolansın da, amma daha evdəkini də ac saxlamasın. Mənə pul versin və desin ki, get bu komplekti, brilliantları al. Mən də gedim alım. Yadımdan çıxacaq axşam harda olub. Bütün qadınlar hədiyyə və yaxşı yaşamağı sevir. O, o zaman stress keçirir ki, həm sevgisiz qalır, həm də baxımsız qalır, övladlarının dalınca, ora-bura tək qaçır. İndi mən başqa həyatı yaşadığım üçün mənim baxışımdır, başqa cür baxanlar da başqadılar”.

Sənətçi həmçinin nişanlı olduğunu gizlədən qardaşından da söz açıb:

“Qardaşımın nişanından sonra şəklini qoymuşdum. 10 dəqiqədən sonra mənə şəklini pozdurub. Deyir ki, burda elə bilirlər ki, mən subayam. Sən niyə qızla mənim şəkillərimi qoyursan. Hələ bu mənim qardaşımdı da”.

admin

Related Posts