Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“7 günlük nağıllara bənzər istirahət başa çatdı”

Əməkdar artist Nigar Şabanovanın Şri-Lankaya bir həftəlik tətil səfəri sona çatıb.

Bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat verib.

Dəniz sahilində, möhtəşəm təbiət qoynunda istirahətin dadını çıxaran Nigar qaldığı beş ulduzlu lüks oteli tərk edərkən, qapıdan çıxanda personal onun arxasınca su səpərək xüsusi ain oxuyub və yola salıb.

Həmin anların görüntülərini izləyiciləri ilə bölüşən Əməkdar artist bu sözləri yazıb.

“Şri-Lankada adəti ilə qonaq bu cür yola salınır. Yeddi günün nağıllara bənzər istirahəti başa çatdı”, – deyə Nigar Şabanova qeyd edib.

admin

Related Posts