Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Anasız qızın başına sığal çəkməyə gəlirəm”

“Anasız qızın başına sığal çəkməyə gəlirəm”

Şairə Nazilə Səfərli instaqram paylaşımı ilə diqqət çəkib.

Nazilənin sözlərinə görə, o, təmənnasız şəkildə oktyabrın 4-ü qazinin qızının xınasını təşkil etmək istəyib.

Lakin məclisin keçiriləcəyi məkanın rəhbərliyi hər hansı xına şirkətinin zala girişinə icazə verməyib.

“Qızın anası rəhmətə gedib, atası isə qazidir. Atasının özəl arzusudur ki, mən həmin məclisdə iştirak edim. Qazi bu gün mənə zəng edib deyir ki, “Nazilə xanım, mən qızımın xeyir işində sizi görmək istəyirəm, ancaq bunlar icazə vermir. Mən də kasıb adamam, sözüm keçmir”… Ay camaat, qazinin balasının toyuna getmək istəyirəm. Məkan qıraqdan heç bir xına şirkətinin girişinə icazə vermir. Onun arzusudur… Mən qazinin balasının, anasız qızının başına sığal çəkməyə gəlirəm, nə istəyirsiniz? Niyə belə edirsiniz? İnsanların arzusunu niyə gözüdə qoyursunuz? Gəlib o anasız qızın nazını çəksək nə olar?”, – deyə, Səfərli paylaşımında qeyd edib.

Editor

Related Posts