Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

İsrail HƏMAS-ın 400-dən çox hədəfini vurdu: Bir neçə komandir öldürülüb

İsrail HƏMAS-ın 400-dən çox hədəfini vurdu: Bir neçə komandir öldürülüb

İsrail Müdafiə Qüvvələri son 24 saat ərzində HƏMAS-ın 400-dən çox hədəfini vurub və hərəkatın bir neçə komandirini öldürüb.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“HƏMAS-ın terror hücumları imkanlarını aradan qaldırmaq üçün genişmiqyaslı əməliyyat zamanı İsrail Müdafiə Qüvvələri onlarla döyüşçüyə və hərəkatın məscidlərdəki dayaq nöqtələrinə zərbələr endirib”, – məlumatda deyilir.

Həmçinin, İsrail ordusu HƏMAS-ın qazdığı tunellərə zərbə endirib.

Zərbələr nəticəsində Nuseyrat, Şati və Furqan batalyonlarının komandir müavinləri məhv edilib.

Editor

Related Posts