Naxçıvanlı güləşçi beynəlxalq turnirin medalçıları arasında
Abşeron Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə IV Beynəlxalq çempion kəməri turniri keçirilib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyədən 1100 idmançının iştirak etdiyi yarışda ölkəmizi təmsil edənlər arasında Naxçıvandan olan idmançılar da olub.
Əməkdar məşqçi Faiq İsgəndərovun rəhbərliyi ilə yarışa Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin 5 idmançısı qatılıb. Məktəbin müəllimi Nihad Muradov isə turnirdə hakim qismində təmsil olunub.
Nəticəyə gəldikdə, 13 yaşadək idmançılar arasında 48 kq çəki dərəcəsində çıxış edən Şamxal Əlizadə üçüncü yerə sahib çıxaraq beynəlxalq turnirlərdə ilk bürünc medalını qazanıb.