Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

AXCP üzvü: “3 mülki geyimli şəxs tərəfindən vəhşicəsinə döyüldüm”

AXCP üzvü: “3 mülki geyimli şəxs tərəfindən vəhşicəsinə döyüldüm”

“Bu ayın 11-i axşam saatlarında 3 mülki geyimli şəxs tərəfindən Qızıldaş qəsəbəsində saxlanıldım. Sonra ağır söyüşlər altında dubinka ilə vəhşicəsinə döyüldüm”.

Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mehman Həbibov fotosunu paylaşaraq bildirib.

“Məni döyən şəxslər “siz heç vaxt hakimiyyət görməyəcəksiz” deyib vururdular. Ağır vəziyyətdə xəstəxanaları gəzsəm də soyuq yanaşdıqlarını görüb ölkəni tərk etdim. Hazırda Gürcüstanda müalicə alıram. Daxili orqanlarım və sinir sistemlərimin əzildiyini deyirlər. Yaxın vaxtlarda ölkəyə qayıdacağam”, – Mehman Həbibov qeyd edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Cavab almaq mümkün olmadı.

Editor

Related Posts