Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Qarabağda aşkar olunan sursatların bir qismi 2021-ci il istehsalıdır” – MN + Fotolar

“Qarabağda aşkar olunan sursatların bir qismi 2021-ci il istehsalıdır” – MN + Fotolar

Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra əraziyə baxış zamanı aşkar olunan “TOS-1A” odsaçan sisteminin raketlərindən bir qisminin 2021-ci ildə istehsal edildiyi müəyyən edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan başqa, bölgədə aşkar edilən “Kornet” və “Faqot” tank əleyhinə raket komplekslərinin idarə olunan raketlərdən bəzilərinin 2020-ci ilin sonunda bağlanmış müqaviləyə əsasən Ermənistan tərəfindən istehsalçıdan birbaşa, bəzilərinin isə üçüncü dövlət vasitəsilə satın alınaraq Qarabağa gətirildiyi müəyyən edilib.

“Bu faktlar lokal xarakterli antiterror tədbirlərinə qədər Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə Laçın yolu vasitəsilə qanunsuz hərbi daşımaların həyata keçirildiyinin əyani sübutudur”, – məlumatda bildirilib.

Editor

Related Posts