Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Paşinyan yeni sülh layihəsi ilə bağlı anons verdi

Paşinyan yeni sülh layihəsi ilə bağlı anons verdi

Cənubi Qafqaz regionunun uzunmüddətli sülhə ehtiyacı var – sülh olmadan hər hansı yolun tikintisi çox çətin olacaq. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisi İpək Yolu Forumunun açılışında çıxışı zamanı deyib.

“Mən bura çətin münasibətlərdən danışmaq üçün gəlməmişəm. Mən buradan bəyan edirəm ki, sülh olmadan hər hansı bir yolun tikintisi çox çətin olacaq. Həmçinin aydındır ki, regionumuzun, Cənubi Qafqazın uzunmüddətli sülhə ehtiyacı var”, – Paşinyan bildirib.

Ermənistan baş nazirinin sözlərinə görə, məhz bu səbəbdən Ermənistan hökuməti sülh layihəsi – “Sülhün kəsişməsi” layihəsini hazırlayıb:

“Fikrimizcə, bu layihə çox mühümdür və məqsədi Ermənistan, Azərbaycan, Türkiyə, İran və regionun digər ölkələri arasında kommunikasiyanın inkişafı, müxtəlif yol infrastrukturunun, neft kəmərlərinin, elektrik enerjisi xətlərinin tikintisi və modernləşdirilməsidir”.

Paşinyanın vurğuladığı kimi, bütün iştirakçı ölkələr qayıdış və bərabərlik prinsipi əsasında bir-birinin infrastrukturundan istifadə edə biləcək. Bu prinsiplər əsasında sərhəd və ya gömrük prosedurlarını optimallaşdırmaq da mümkündür.

Editor

Related Posts