Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda “Ekspertizanın xüsusiyyətləri” mövzusunda seminar müşavirə keçirilib

Naxçıvanda “Ekspertizanın xüsusiyyətləri” mövzusunda seminar müşavirə keçirilib

Birinci 24 xəbər verir ki, Naxçıvan Hərbi Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan Qarnizonu Təhqiqat Xidmətinin birgə təşkilatçılığı ilə “Odlu silahın tətbiqi ilə baş vermiş hadisələr üzrə aparılan istintaq hərəkətləri, maddi sübutlarla davranış qaydaları və təyin edilmiş ekspertizaların xüsusiyyətləri” mövzusunda seminar müşavirə keçirilib.

Naxçıvan Qarnizonu Hərbi Hospitalında məhkəmə tibb ekspertlərinin və Əlahiddə Ümumqoşun Ordunun tabeliyində olan hərbi hissələrin müvafiq tibb personalının iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Naxçıvan Hərbi prokurorunun müavini Ramil Məmmədyarov çıxışında qəsdən adam öldürmə, özünü öldürmə və digər odlu silahla törədilmiş hadisələr üzrə həyata keçirilən istintaq hərəkətləri, o cümlədən təyin edilmiş ekspertizaların düzgün və obyektiv nəticələnməsi, eyni zamanda həmin hadisələrə düzgün hüquqi qiymət verilməsi üçün hadisə yerinin və meyitin baxışı dəqiq keçirilməli, maddi sübutlar müəyyən edilərək qanunauyğun qaydada qablaşdırılıb götürülməli və ekspertizaya təqdim edilən tədqiqat obyektləri ilə düzgün rəftar edilməli olduğunu qeyd edib.

Sonra Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi Rafiq Cəfərov, həmin Mərkəzin bölmə rəisi Səməd Şahtaxtınski, Naxçıvan MR Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin direktoru Məmmədtağı İbrahimov, həmçinin digər ekspert və vəzifəli şəxslər çıxışlar ediblər.

Sonda çıxışlar ətrafında müzakirələr aparılıb.

admin

Related Posts