Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Sürücü Mehin Hümbətovanı şərlədi

Sürücü Mehin Hümbətovanı şərlədi

Müğənni Mehin Hümbətovanın başına iş gəlib.

Birinci 24 xəbər verir ki,sürücünün iddiasına görə, mərkəzi küçədə Mehin bilə-bilə avtomobilini elə park edib ki, yanda duran digər nəqliyyat vasitəsi məkanı tərk edə bilməsin.

Həmin görüntüləri isə sürücü lentə alaraq bloqer Saleh Nəsirova yollayıb.

Mehin bloqerlə yazışmasını sosial şəbəkə hesabında paylaşaraq, həmin sürücünün ona böhtan atdığını yazıb:

“Mən heç orada yaşamıram. Təcili marketə düşmüşəm. Kassada sıra olduğundan maksimum 5-6 dəqiqə gecikmişəm. Necə tərbiyəsiz, yalançı, iş verən insanlar var. Azərbaycan kişisinə yaraşmayan hərəkətdir. Yalan və böhtandır”.

admin

Related Posts