“Araz Naxçıvan”ın oyunçusu 4 oyunluq diskvalifikasiya olunub

“Araz Naxçıvan”ın oyunçusu 4 oyunluq diskvalifikasiya olunub

AFFA İntizam Komitəsi “Araz Naxçıvan” futzal klubunun oyunçusu Mateus Lukas Dos Santosu 4 oyunluq diskvalifikasiya edib.

Birinci 24 xəbər verir ki, buna səbəb onun Yüksək Liqanın IV turunda “Record club”a qarşı oyundakı təcavüzkar davranışı olub.

Qarşılaşmanın 26-cı dəqiqəsində rəqibi bilərkdən ayaqla vurduğuna görə birbaşa qırmızı vərəqə alan Mateus komandasının qarşıdakı 4 oyununu buraxacaq.

Qeyd edək ki, görüş “Araz Naxçıvan”ın 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.

admin

Related Posts