Meliorasiya və Su Təsərrüfatı ASC-nin əməkdaşları Gülşənabad kəndində yeni subartezian quyusunun qazıntı işlərinə başlanılıb. Hazırda 28 metr qazıntı işləri görülüb.
Sakinlərin içməli su təminatının yaxşılaşdırılması, eyni zamanda su itkisinə yol verilməməsi məqsədilə bu il Gülşənabadla bərabər Culfanın Bənənyar kəndində, Babəkin Cəhri qəsəbəsində də subartezian quyuları istifadəyə verilib. Növbədə şöhrəti dünyaya yayılan su brendimizin vətəni olan Sirab kəndidir. Burada qazıntı işləri artıq başa çatıb.