Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

FAO-nun Azərbaycan ofisinin Naxçıvanda bölməsi fəaliyyətə başlayıb

FAO-nun Azərbaycan ofisinin Naxçıvanda bölməsi fəaliyyətə başlayıb

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisinin Naxçıvanda bölməsi fəaliyyətə başlayıb. Birinci 24 xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyində keçirilən tədbirdə məlumat verilib, həmçinin həyata keçiriləcək layihələrin müzakirəsi olub.

Kənd Təsərrüfatı Nazirliyində keçirilən tədbirdə FAO-nun Türkiyədəki nümayəndəsi Sumiter Broca, Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisi rəhbərinin müavini Bariz Mehdiyev, Nazirlər Kabinetinin Aqrar Məsələlər və Ekologiya şöbəsinin müdiri Mübariz Bayramov və kənd təsərrüfatı naziri vəzifəsini icra edən, nazir müavini Xəyalə Dadaşova çıxış edərək bildiriblər ki, FAO-nun Naxçıvana növbəti gəlişinin əsas məqsədi Naxçıvanın kənd təsərrüfatı sahəsinə töhfələr verməkdir.

Tədbirdə FAO-nun Türkiyədəki nümayəndəsi Sumiter Broca çıxış edərək bildirib ki, mənim Naxçıvana gəlməkdə məqsədim FAO-nu Naxçıvana gətirmək, kənd təsərrüfatını inkişaf etdirməkdir. Hədəf fermerlərin və kənd təsərrüfatı işçilərinin gəlirlərini artırmaq, qida təhlükəsizliyini təmin etməkdir. Buna güclü inamımız var.

Nazir müavini Xəyalə Dadaşova qeyd edib ki, bizim məqsədimiz FAO ilə birlikdə kənd təsərrüfatının inkişafı və bunun çərçivəsində Naxçıvanda orqanik məhsul yetişdirilməsi üzrə lahiyələrin həyata keçirilməsidir. Biz düşünürük ki FAO-nun bütün dünya ölkələrində olan təcrübəsi Naxçıvana böyük töhfə verəcəkdir.

Sonra həyata keçiriləcək layihələrin müzakirəsinə başlanılıb.

admin

Related Posts