Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının heyəti Fuad Nəcəfli ilə görüşüb

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının heyəti Fuad Nəcəfli ilə görüşüb

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Muhammad Nasar Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Birinci 24 xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli rəsmi “instagram” hesabında paylaşım edib.

Paylaşımda qeyd olunur ki, görüşdə əməkdaşlıq gündəliyində duran aktual məsələlər müzakirə edilib, xüsusən orqanik kənd təsərrüfatı məhsullarının yetişdirilməsində, bu sahənin inkişaf etdirilməsində FAO-nun texniki dəstəyinin həyata keçirilməsi, suvarma ilə bağlı məsələlərə FAO ekspertlərinin cəlb edilməsi, müxtəlif sahələr üzrə, irriqasiya, heyvandarlıq sahələrinin inkişaf etdirilməsi ilə bağlı yol xəritələrinin hazırlanmasının önəmi vurğulanıb.

Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

admin

Related Posts