Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

AHİK sədri Səttar Möhbalıyev və nümayəndə heyəti Naxçıvan şəhərində səfərdədirlər

AHİK sədri Səttar Möhbalıyev və nümayəndə heyəti Naxçıvan şəhərində səfərdədirlər

Birinci 24 xəbər verir ki, noyabrın 1-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Möhbalıyev və nümayəndə heyəti Naxçıvan şəhərinə səfər ediblər. Səfər AHİK sədri Səttar Möhbalıyev, onu müşayiət edən şəxslər və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsinin ziyarət edilməsi ilə başlayıb.

Qeyd edək ki, 3 gün davam edəcək səfər zamanı Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının binasına, Şuranın balansına yeni alınmış Duzdağ hotel, “Duzdağ Fizioterapiya Mərkəzi”nə, “Darıdağ Arsenli Su Müalicə Mərkəzi” MMC-yə, hazırda tikinti işləri davam edən Darıdağ arsenli su müalicə və istirahət kompleksi və Ağbulaq İstirahət Mərkəzinə baxış keçiriləcək.

admin

Related Posts