Birinci 24 xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin hakimiyyətə gəlişinin 20 illiyi və Zəfər Gününün 3-cü il dönümünə həsr edilmiş “Zəfərə gedən 20 il” adlı tədbir keçirilir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov və digər rəsmi şəxslər iştirak edir.