Birinci 24 xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş kros qaçışında simvolik olaraq ilk 8 yerin sahibi mükafatlandırılıb.
İştirakçılar hərəkət sxeminə uyğun olaraq Naxçıvan şəhəri Əziz Əliyev küçəsindən başlayıb Heydər Əliyev Prospektində yerləşən Zəfər Parkına qədər 5500 metr məsafə qət etiblər.