Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

Naxçıvanda sosial sığorta daxilolmaları 12 % artıb

Naxçıvanda sosial sığorta daxilolmaları 12 % artıb

Bu ilin yanvar -oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 120,1 milyon manatdan çox olub.

Birinci 24 bu barədə İqtisadiyyat Nazirkliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 % çoxdur.

O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 20 % artaraq 36,2 milyon manatı keçib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 17 % artaraq 3,2 milyon manatdan, icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 5,5 % artaraq 20 milyon manatdan çox olub.

admin

Related Posts