Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədri təyin olunub.
Birinci 24 xəbər verir ki, bununla bağlı muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov əmr imzalayıb.
Əmrə əsasən, Sahir Kamil oğlu Rüstəmov Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədri təyin olunub.
Qeyd edək ki, Sahir Rüstəmov bu təyinatadək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun sədr müavini vəzifəsində çalışıb.