Şabran sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

Şabran sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

Şabran sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə üç ədəd ov tüfəngi və onlara məxsus patronlar aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin əməkdaşları xidmətdə olduqları zaman yol kənarından müxtəlif markalı üç ədəd ov tüfəngi aşkar edərək götürüblər.

Faktlar üzrə Şabran RPŞ-də müvafiq araşdırmalar aparılır.

admin

Related Posts