Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti taktiki-xüsusi təlim keçirib

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti taktiki-xüsusi təlim keçirib

Birinci 24 xəbər verir ki, “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı xilasedicilərin fəaliyyəti, axtarış və qəza-xilasetmə əməliyyatlarının aparılması zamanı idarəetmənin təşkili” mövzusunda keçirilən təlimin əsas məqsədi xilasedicilərin peşəkarlığının artırılması, axtarış-xilasetmə qayda və üsullarını məşq etdirmək ibarət olub.

Təlimin planına uyğun olaraq ilk öncə idarəetmə təşkil olunub. Sonra xilasedicilər şərti “uçqun” altında qalan insanların axtarışı həyata keçirib, yaralılara ilkin tibbi yardım göstərib və səhiyyə müəssisələrinə təxliyə ediblər.

Növbəti təlim yerində hündür mərtəbəli binada “köməksiz” vəziyyətdə qalan insanlar xilas edilib. Həmçinin avtomobil qəzasında sıxılmış vəziyyətdə qalan zərərçəkmişlərə də köməklik göstərilib.

Keçirilən təlimdə verilən tapşırıqlar müvəffəqiyyətlə icra olunub, uğurla başa çatdırılıb.

admin

Related Posts