“Qərb Ermənistana işləri başa çatdırmağa mane olur”

“Qərb Ermənistana işləri başa çatdırmağa mane olur”

“Qərbin məsləhətləri Ermənistana Zaqafqaziyada kommunikasiyaların açılması işini başa çatdırmağa mane olur”.

Birinci 24 xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

O qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan tərəfindən başladılan kommunikasiyaların blokdan çıxarılması prosesi hələ də başa çatmayıb:

“İyunun 2-də üçtərəfli işçi qrupunun 12-ci iclasında danışıqlarda mühüm irəliləyiş qeydə alınıb, xüsusilə Ermənistan və Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpası və təşkili ilə bağlı ümumi anlaşma əldə edilib. Amma yenə də nə isə Ermənistan rəhbərliyinə müqavilələri kağız üzərində yekunlaşdırmağa mane oldu. Biz buna nəyin mane olduğunu çox yaxşı bilirik – bu, Ermənistandakı hazırkı rəhbərliyin qərbli dostlarının “yaxşı” məsləhəti olub”, – Zaxarova bildirib.

Editor

Related Posts