Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Samuxda bıçaqlanma hadisəsi qeydə alınıb

Samuxda bıçaqlanma hadisəsi qeydə alınıb

Samuxda bıçaqlanma hadisəsi baş verib.

Birinci 24 xəbər verir ki, hadisə rayonun İnstitut qəsəbəsinin yaxınlığında qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Fazil Əhmədov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, əməliyyat edilib, vəziyyətininn kafi olduğu bildirilir.

Məlumata görə, həmin şəxs şadlıq saraylarının birində bıçaqlanıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

admin

Related Posts