Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakıda ağaclar kütləvi şəkildə quruyur

Bakıda ağaclar kütləvi şəkildə quruyur

“Son illər Bakıda və respublikanın digər yerlərində ağacların kütləvi quruması halları baş verir”.

Birinci 24 Report-a istinadla xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin Təbiətdən istifadənin tənzimlənməsi şöbəsinin müdiri Fariz Qasımov “Ekspert saatı”nda deyib.

O bildirib ki, quruma əsasən xəstəlik və ziyanvericilərin yaratdığı fəsadlarla əlaqəli olub:

“Paytaxtın Xəzər, Nərimanov, Binəqədi rayonları ərazisində ağacların kütləvi quruması baş verir. Bununla bağlı aidiyyəti qurumlar məlumatlandırılıb, xaricdən mütəxəssislər dəvət olunub və monitorinqlər aparılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi quru ağacların götürülməsi ilə bağlı rəy də verib. Quru ağaclar götürülür, həmin ərazi dərman preparatları ilə dezinfeksiya edilir, sonra yerinə yeni tinglər əkilir”.

Editor

Related Posts