Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

9 ay ərzində yol qəzalarında ölənlərin sayı 6,8 faiz artıb

9 ay ərzində yol qəzalarında ölənlərin sayı 6,8 faiz artıb

Dövlət Statistika Komitəsi 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb

Məlumata görə, bu müddətdə 1204 yol-nəqliyyat hadisəsi baş verib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz azdır. Bu hadisələr nəticəsində xəsarət alanların sayı 2,2 faiz azalaraq  1661 nəfər olub. Qəzalarda 627 nəfər həlak olub, 1034 nəfər yaralanıb.

Hadisələrin 43 faizi gündüz,  29,8 faizin həftənin şənbə və bazar günlərində baş verib.

Yol-nəqliyyat hadisələrinin 87,0 faizi yaşayış məntəqələrində baş verib. Bunun da nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artaraq 454 nəfər, yaralananların sayı isə 1,1 faiz azalaraq 981 nəfər olub.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 18 hadisə baş verib, 5 nəfər həlak olub. 21 nəfər yaralanıb.

Editor

Related Posts