Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

14 yaşında evləndiyi arvadını qanına QƏLTAN ETDİ – Maştağadakı cinayətin TƏFƏRRÜATI

14 yaşında evləndiyi arvadını qanına QƏLTAN ETDİ – Maştağadakı cinayətin TƏFƏRRÜATI

2022-ci il iyunun 29-da Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsi, Axund.M.Əbdülkərim küçəsində qadın və atası bıçaqlanır. Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirir və cinayəti törədən şəxsin axtarışlarına başlanılır.

Arvadını və qayınatasını bıçaqlayan Abbas Mirzəyev Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə könüllü gələrək təslim olub.

Bu barədə həmin bölmədən Sabunçu RPİ-yə məlumat verilib.

Sabunçu RPİ İstintaq şöbəsində toplanan ilkin materiallar rayon prokurorluğuna göndərilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Abbas Mirzəyev 1976-cı ildə Bakı şəhərində anadan olub, Səbail Rayon Məhkəməsinin 2004-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə iki il altı ay müdətinə azadlıqdan məhrum olunub.

admin

Related Posts