Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Üçmərtəbəli yaşayış binasi hər an uça bilər

Üçmərtəbəli yaşayış binasi hər an uça bilər

Daşkəsəndə altı ailənin yaşadığı üçmərtəbəli bina qəzalı vəziyyətə düşüb.

Birinci 24 xəbər verir ki, sakinlərin sözlərinə görə, binada üç il əvvəl çatlar əmələ gəlib və getdikcə vəziyyət daha da təhlükəli olub. Rayon mərkəzindəki bina beş ay əvvəl güclü yağışlar nəticəsində yarımuçmuş vəziyyətə düşüb. Sakinlər divarlarlarda çatların böyüklüyü səbəbindən mənzillərində də gecələməyə qorxurlar. Hətta mənzilini tərk etməli olanlar da var.

Məsələ ilə bağlı Daşkəsən İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsindən bildirildiki, binalardakı çatlar Sovet dövründə mədənlərdə aparılan partlayışlar zamanı yaranıb. İntensiv yağışlar nəticəsində də getdikcə artıb. Sözügedən tikili də qəzalı binaların siyahısına salınıb və yaxın 2 ay ərzində bununla bağlı müvafiq işlərə başlanacaq.

O da əlavə edilib ki, binanı tərk etmiş iki ailənin kirayə pulunu Rayon İcra Hakimiyyəti dövlət vəsaiti hesabına ödəyir.

admin

Related Posts