Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şabranda yük və minik avtomobilləri toqquşub, ana və qızı xəsarət alıblar

Şabranda yük və minik avtomobilləri toqquşub, ana və qızı xəsarət alıblar

Bakı-Quba yolunun Şabran rayonunun Günəşli kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Birinci 24 xəbər verir ki, Sumqayıt sakini Filman Telman oğlu Mahmudovun idarə etdiyi 99-JN-675 dövlət nömrə nişanlı, “Mersedes” markalı yük avtomobili Şabran rayon sakini Elvin Orucovun idarə etdiyi 77-XL-701 dövlət qeydiyyat nişanlı KIA markalı minik avtomobili ilə toqquşub. Nəticədə KIA yoldan çıxaraq aşıb.

Hadisə zamanı minik avtomobilində olan şəxslər, sürücünün həyat yoldaşı, 1984-cü il təvəllüdlü Rübabə Orucova və qızı, 2010-cu il təvəllüdlü Gülay Orucova xəsarət alıblar. Onlar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

admin

Related Posts