Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Aktrisanın rejissor oğlu nişanlandı – “Çoxdan gözləyirdim”

Aktrisanın rejissor oğlu nişanlandı – “Çoxdan gözləyirdim”

Gənc Tamaşaçılar teatrının aktrisası Dilarə Fərəcullayevanın ailəsində xoş gün yaşanıb. Belə ki, sənətçinin oğlu Emin Fərəcullayevin nişan mərasimi baş tutub.

Birinci 24 xəbər verir ki, aktrisa sevinc hisslərini Moderator.az-la bölüşüb.

“Sevincimin həddi-hüdudu yoxdur. Bu günü çoxdan gözləyirdim, arzulayırdım. Nəhayət ki, gəlib çatdı. Allahdan bu cütlüyə xoşbəxtlik arzu edirəm. Həyatları bal kimi şirin, ömürləri isə sevinc dolu hisslərlə dolu olsun” deyə o bildirib.

Qeyd edək ki, aktrisanın oğlu Emin Fərəcullayev bir neçə filmin rejissorluğunu edib. O həmçinin fəaliyyətini bir müddət Moskvada davam etdirib. Tanınmış aktrisa Dilarə Fərəcullayeva isə teatrdakı rolları ilə daim tamaşaçıların yaddaşında iz buraxıb. “Soyuq günəş” filmində yaratdığı obraz isə aktrisanı son illərdə geniş tamaşaçı kütləsinə daha da yaxından tanıtdırıb.

admin

Related Posts