Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

Aygün Kazımova birinci oldu – FOTO

Aygün Kazımova birinci oldu – FOTO

Xalq artisti Aygün Kazımovanın “Parol” mahnısı “Apple Music Azerbaijan” və “Yandex Music”də birinci olub.

Birinci 24 xəbər verir ki, bir neçə ay əvvəl işıq üzü görən musiqisi Kazımcan, sözləri isə Orxan Qarabasmaya məxsus olan sözügedən nəğmə “YouTube” video platformasında 5 milyondan çox izlənilib.

Son günlər hit olan “Parol” bütün musiqi platformalarını eyni zamanda “TikTok” video axınını da zəbt edib.
Bundan başqa Kazımovanın repertuarında yer alan “Qorxuram” və “Vəfasızlar” mahnısı “Apple Music Azerbaijan”da ilk 10-luğa düşüb. “Yenə tək”, “Ağlasın” və meyxanaçı Namiq Qaraçuxurlu ilə oxuduğu “Bağlanıram” dueti də ən çox dinlənənlər sırasına daxil olub.

Aygünün 7 il əvvəl həmkarı Samir Piriyevlə səsləndirdiyi “Ağlasın” dueti də bu günlərdə “TikTok”da ən çox video çəkilən musiqi olub.

admin

Related Posts