İran hakimiyyəti İsrailin Qəzza zolağındakı hərəkətləri ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsində (BCM) iddia qaldırmaq niyyətindədir.
Birinci 24 TASS-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani Çafi bildirib.
“İran İslam Respublikası İsrailə qarşı iddia hazırlamaq üçün xüsusi komissiya yaradıb və bu, Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısının qətnaməsinə uyğun olaraq Beynəlxalq Cinayət Məhkəməsinə veriləcək”, – Çafi bildirib.