“Azad medianın, vətəndaş cəmiyyətinin əzilməsinə, susdurulmasına sevinənlərə, ayaqda alqışlayanlaradır sözüm:
Peşman olacaqsınız, insanın təməl azadlıqlarının olmadığı mühitdə hansısa keçici maraqlar üzündən bəlkə özünüzü yaşamağa məhkum edə bilərsiniz, amma bir yerdə övladlarınız buna tab gətirməyəcək. Bir mərhələdə bəslədiyiniz-suladığınız zəhərli meyvələrdən sizə də dadızdıracaqlar (artıq dadanlar da olub).
Təəssüf ki, azad medianı ləyaqətlə təmsil edən Ülvi Həsənliyə, Sevinc xanıma haqzılığa, qanunsuzluğa qarşı etirazımızı dilə gətirməkdən savayı gücümüz nəyəsə yetmir.
Sistem toplumdan qat-qat güclü olduğu üçün əzilən üzvlərimizi ondan qorumağın yolu yoxdur – güclü olmaqdan, güclənməkdən savayı da yolumuz yoxdur…”
Rövşən Ağayev
İqtisadçı