Today Bazar ertəsi, 9th İyun 2025
Birinci 24

Birinci 24

Ülvi Həsənli və Sevinc Abbasova barəsində həbs qətimkan tədbiri seçildi – Yenilənib

Ülvi Həsənli və Sevinc Abbasova barəsində həbs qətimkan tədbiri seçildi – Yenilənib

Bu gün saxlanılan “Abzas Media” saytının baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Birinci 24 APA-ya istinadən xəbər verir ki, Xətai rayon məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə bağlı qərar qəbul olunub.

Qərara əsasən, Sevinc Abbasova barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, “Abzas Media” saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

***19:52
Noyabrın 20-də saxlanılan “Abzas Media” saytının direktoru Ülvi Həsənli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Birinci  “Report”a istinadən xəbər verir ki, Xətai rayon məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə müstəntiqin verdiyi vəsatət təmin edilib.

Ülvi Həsənli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***18:27
“Abzas Media” saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) məhkəməyə çıxarılır.

Birinci 24 “Qafqazinfo”ya istinadən xəbər verir ki, təqdimata Xətai Rayon Məhkəməsində baxılır.

Qeyd edək ki, Ü.Həsənli və S.Vaqifqızı Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıblar. Onların evində və saytın ofisində axtarış keçirilib.

Editor

Related Posts