Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Türk Dövlətləri Təşkilatı Naxçıvan müqaviləsinin ildönümü ilə bağlı paylaşım edib

Türk Dövlətləri Təşkilatı Naxçıvan müqaviləsinin ildönümü ilə bağlı paylaşım edib

Türk Dövlətləri Təşkilatı (TDT) tviter hesabında 3 oktyabr – Naxçıvan müqaviləsinin ildönümü, Türkdilli Ölkələrin Əməkdaşlıq Günü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“3 oktyabr Türkdilli Ölkələrin Əməkdaşlıq Gününüz mübarək!

Bu gün Türk Dövlətləri Təşkilatını yaradan, türk dünyasının birliyinə və həmrəyliyinə həsr olunan Naxçıvan müqaviləsinin imzalanmasının 13-cü ildönümüdür!

Sizi ən xoş arzularımızla təbrik edirik!”.

Qeyd edək ki, 3 oktyabr 2009-cu ildə türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirakçı dövlətlər – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran Naxçıvan müqaviləsi imzalanıb. Müqavilənin imzalanma tarixi olan 3 oktyabr Türkdilli Ölkələrin Əməkdaşlıq Günü elan edilib və hər il qeyd olunmaqdadır.

Editor

Related Posts