Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şimali Koreyanın kəşfiyyat peyki Pentaqonun şəkillərini çəkdi

Şimali Koreyanın kəşfiyyat peyki Pentaqonun şəkillərini çəkdi

Şimali Koreya lideri Kim Çen In “Mulligyong-1” kəşfiyyat peyki tərəfindən çəkilmiş Ağ Ev və Pentaqonun fotoşəkillərinə baxıb.

Birinci24.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Noyabrın 28-nə keçən gecə Aerokosmik Texnologiyalar üzrə Dövlət Baş İdarəsi yanında Pxenyan Ümumi Nəzarət və Tənzimləmə Mərkəzi ölkə rəhbərinə peykin kəşfiyyat tapşırıqlarının tam yerinə yetirmək üçün hazır olması ilə bağlı növbəti hesabat verib.

Mərkəz noyabrın 27-də Pxenyan vaxtı ilə saat 23:35-də (Bakı vaxtı ilə 18:35-də) çəkilmiş ABŞ-nin Virciniya ştatındakı “Norfolk” dəniz bazası, “Newport News” gəmiqayırma zavodu və aerodrom ərazisinin, habelə Pxenyan vaxtı ilə 23:36-da (Bakı vaxtı ilə 18:36) çəkilmiş Ağ Ev və Pentaqonun fotoşəkillərini təqdim edib.
Agentliyin məlumatına görə, “Norfolk” dəniz bazası və “Newport News” gəmiqayırma zavodunun fotoşəkillərində ABŞ-nin dörd, Böyük Britaniyanın isə bir nüvə mühərrikli təyyarə gəmiləri müşahidə olunub.

Qeyd edək ki, bundan əvvəl Kim Çen Ina noyabrın 27-də yerli vaxtla saat 09:17-də (Bakı vaxtı ilə 04:17) çəkilmiş Sakit okeanın Quam adasındakı Amerikanın “Andersen” aviabazasının fotoşəkilləri də nümayiş etdirilib. Bundan əlavə, KXDR (Koreya Xalq Demokratik Respublikası) lideri İtaliya paytaxtı Romanın noyabrın 25-də axşam çəkilmiş fotosu ilə də tanış olub.

Xatırladaq ki, noyabrın 21-də KXDR özünün ilk kəşfiyyat peyki “Mulligyong-1”i “Chollima-1” daşıyıcı raketində uğurla orbitə buraxıb.

Editor

Related Posts