“Kanal 13” internet televizayasının rəhbəri Əziz Orucovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Birinci24.com “Report”a istinadla xəbər verir ki, Səbail rayon məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə bağlı qərar qəbul olunub.
Qərara əsasən, Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, ötən axşam “Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucovun evində axtarış aparılıb və daha sonra o saxlanılıb. Vəkili Bəhruz Bayramov bildirib ki, ona qarşı Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə cinayət işi başlanıb.
Qeyd edək ki, bu maddədə 3 ilə qədər azadlığın məhdudlaşdırılması (elektron qolbaqla hərəkət) və ya eyni müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.