Naxçıvanda exsperss testlərlə anonim kütləvi virus yoxlaması aparılıb.
Birinci 24 xəbər verir ki, Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən aksiya təşkil edilib.
Naxçıvan şəhərinin mərkəzində qurulan tibbi çadırda exsperss testlərlə anonim kütləvi virus yoxlaması aparılıb.
Aksiyada Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin media məsələləri üzrə məsul şəxsi Günay Malikqızı və yerli sakinlər iştirak ediblər.