Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Nazirlikdən ƏMƏLİYYAT: Silah-sursat aşkarlandı

Nazirlikdən ƏMƏLİYYAT: Silah-sursat aşkarlandı

Masallı və Biləsuvar sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən profilaktiki tədbirlər nəticəsində Masallı rayon sakinlərindən beş ədəd, Biləsuvar rayon sakinlərindən isə dörd ədəd müvafiq sənədləri olmadan qanunsuz olaraq saxlanılan ov tüfəngləri aidiyyəti polis şöbələrinin əməkdaşları tərəfindən təhvil götürülüb.

admin

Related Posts