Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Təranə Qumral qarğış etdi

Təranə Qumral qarğış etdi

Ötən ay müğənni Təranə Qumral həyat yoldaşı Musa Musayevin infarkt keçirdiyini açıqlamışdı.

Birinci 24 xəbər verir ki, müğənni Nazənin isə qalmaqal yaşadığı cütlüyün reklam xatirinə yalan danışdığını iddia etmişdi. Bu gün “Həmin Zaur” verilişində qonaq olan Təranə Qumral onu yalan danışımaqda ittiham edən həmkarına belə cavab verib:

“Hər kəs ki, yalandan özünə xəstəlik adı qoyursa, buradan deyirəm və özü də bilir ki, ismarıcım kimədir. Allah özünün canına xəstəlik qismət etsin”.

Qeyd edək ki, Nazəninlə Təranə Qumral arasında qalmaqal ANS-də yayımlanan “Bazar səhəri” verilişində başlamışdı. Tərəflər bir-birinin ünvanına təhqiramiz sözlər işlətmişdi. T.Qumral Nazənini onun həyat yoldaşı Musa Musayevlə sevgili olmaqda günahlandırmışdı.

admin

Related Posts