Today Cümə axşamı, 17th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakıda qeyri-adi zəncirvari qəza baş verib

Bakıda qeyri-adi zəncirvari qəza baş verib

Bakıda qeyri-adi zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Birinci 24 xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdən aydın olur ki, “Chevrolet Cruze” markalı avtomobil “Hyundai” markalı avtomobillə toqquşub. Nəticədə, sürücünün idarəetməsindən çıxan “Chevrolet” yolun kənarında park edilmiş “Renault” markalı minik avtomobilinin üstünə çıxıb.

Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı haqqında dəqiq məlumat yoxdur.

admin

Related Posts