Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

III Respublika Platforması yaradılıb

III Respublika Platforması yaradılıb

Dekabrın 7-də Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ildönümündə  bir qrup ictimai-siyasi  şəxs tərəfindən III Respublika Platforması yaradılıb.

Birinci24.com xəbər verir ki, Platformanın Əsasnaməsi qəbul edilib. 

Qurucu üzvlər (təsisçilər) arasından Platformanın fəaliyyətinə rəhbərlik edəcək Qurucu Heyət seçilib. 7 nəfərdən ibarət Qurucu Heyətin üzvləri aşağıdakılardır:

1. Akif Qurbanov

2. Araz Əliyev 

3. Elman Fəttah

4. Rövşən Ağayev

5. Ruslan İzzətli

6. Səməd Rəhimli

7. Yadigar Sadıqlı

Məlumata görə, həmçinin Qurucu Heyətin ilk iclası keçirilib. 

Heyət Platformanı təmsil etmək, qərarların icrasını təşkil etmək üçün 1 il müddətinə Akif Qurbanovu Spiker seçib.

Həmçinin Qurucu Heyətin digər üzvləri arasında sahələr üzrə məsuliyyət bölgüsü aparılıb.

Editor

Related Posts