Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin işçilərinin say həddi müəyyənləşib

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin işçilərinin say həddi müəyyənləşib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov dekabrın 7-də Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

Birinci 24 xəbər verir ki, fərmanda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 3 noyabr tarixli 210-VI FR nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:

  1. Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra – Agentlik) işçilərinin say həddi cəmi 91 ştat vahidi olmaqla, Agentlik Aparatının işçilərinin say həddi 47, regional bölmələrinin işçilərinin say həddi 44 ştat vahidi müəyyən edilsin.
  2. Agentliyin bu Fərmanın 1-ci hissəsinə əsasən, müəyyən edilmiş ştat vahidlərinin maliyyələşdirilməsi aşağıdakı qaydada həyata keçirilsin:

2.1. Agentlik Aparatının 25 ştat vahidi və regional bölmələrin 22 ştat vahidi – 2023-cü il noyabrın 7-dən;

2.2. Agentlik Aparatının 22 ştat vahidi və regional bölmələrin 22 ştat vahidi – 2025-ci il yanvarın 1-dən.

  1. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq maliyyələşməni təmin etsin.
  2. Agentlik bu Fərmandan irəli gələn məsələləri həll etsin”.

admin

Related Posts